Müsavatın iki rayon təşkilatı buraxılıb

Müsavatın iki rayon təşkilatı buraxılıb
# 10 aprel 2017 16:49 (UTC +04:00)

Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının seçkili orqanları buraxılıb və 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Müsavat Partiyası Divanının bu gün keçirilmiş iclasında qərar verilib.

Bundan başqa, partiyanın Xızı rayon təşkilatında Təşkilat Komitəsi buraxılaraq 5 nəfərdən ibarət yeni Təşkilat Komitəsi yaradılıb.

Hər iki Təşkilat Komitəsinə bu il iyulun 1-dək rayon təşkilatı strukturlarının, seçkili orqanlarının formalaşdırılması tapşırığı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR