Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb
# 26 sentyabr 2017 09:47 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. N. Baxışova isə ittihamla razı olmadığını, özünü təqsirli bilmədiyini deyib.

N. Baxışova dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəməkdə ittiham edilir. O, özünü vətəndaşlara vəkil kimi təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR