Şahin Mustafayev Gürcüstanın baş naziri ilə görüşüb

Şahin Mustafayev Gürcüstanın baş naziri ilə görüşüb
# 28 oktyabr 2016 15:30 (UTC +04:00)

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

APA-nın Tbilisi bürosunun məlumatına görə, G. Kvirikaşvili görüşdə Azərbaycan-Gürcüstan əməkdaşlığını və ölkələr arasında həyata keçirilən mövcud layihələri yüksək qiymətləndirib. Baş nazir əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur: "Bütün sahələrdə əlavə imkanlar var, bu imkanları aşkar etməli, bunun hesabına yüksək nəticələr əldə etməliyik. Gürcüstan tərəfi buna hazırdır".

Ş. Mustafayev isə qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələri uğurla inkişaf edir: "Ölkələrimizin əlaqələri strateji əməkdaşlıq səviyyəsindədir. Bizim bütün sahələrdə əməkdaşlığımız uğurludur. Azərbaycanın infrastruktur layihələri Gürcüstan ərazisindən keçir. Bu gün Cənubi Qafqaz Boru Kəməri yenidən qurulur. Biz eyni zamanda energetika və nəqliyyat sahəsində əməkdaşlıq edirik".

Tədbirdə tranzit yük daşımaları üçün daha yaxşı şəraitin yaradılması müzakirə olunub.

Daha sonra görüş jurnalistlər üçün qapalı şəraitdə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR