İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 31 iyul 2018 09:30 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, saxlanılan şəxsin düz bağırsağında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 0,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,368 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR