Salyanda 7 yaşlı qız yıxılaraq ağır xəsarət alıb

Salyanda 7 yaşlı qız yıxılaraq ağır xəsarət alıb
# 07 sentyabr 2015 07:48 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda azyaşlı xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Kənd sakini, 2008-ci il təvəllüdlü Vüsalə Vüqar qızı Əlizadə valideynlərinin gözündən yayınaraq üzüm dərmək istəyərkən yıxılıb.

Ağır xəsarət alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağın vəziyyəti ağır olduğundan dərhal Bakıdakı xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR