Somalidə güclü partlayış nəticəsində 40 nəfər ölüb

Somalidə güclü partlayış nəticəsində 40 nəfər ölüb
# 14 oktyabr 2017 18:30 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda güclü partlayış nəticəsində 40 nəfər ölüb, yaralananlar var. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, minalanmış yük maşını bu gün şəhərin izdihamlı küçələrindən birində partladılıb.

Məlumata görə, partlayış “Safari” otelinin qarşısında törədilib. Ölənlərin əksəriyyəti mülki şəxsdir.

Hadisə yerinin yaxınlığında törədilən ikinci partlayış nəticəsində ölən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR