Keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
# 15 noyabr 2016 07:47 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid kimi tanınan Əlirza Sultanovun Rusiyada həbs olunduğu bildirilib. Hakim onun ifadəsinin önəmli olmadığını deyib.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR