Eldar Mahmudovun MTN generalının məhkəməsinə çağırılması barədə vəsatət qaldırılıb - YENİLƏNİB

Eldar Mahmudovun MTN generalının məhkəməsinə çağırılması barədə vəsatət  qaldırılıb - <span style="color: red;">YENİLƏNİB
# 02 oktyabr 2017 11:00 (UTC +04:00)

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayev çıxış edib. Bildirib ki, E. Quliyev ifadəsində zərərçəkmiş Maqsud Mahmudovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: "MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır".

M. Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M. Mustafayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: "Əgər belədirsə niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər?"

Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq. Daha sonra Xəzər rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Ələkbər Heydərov çıxış edib: “Elçin Quliyev Azərbaycan generalı olub. Onun torpaq alverçisi Kamil Şükürovla nə əlaqəsi ola bilər?"

Ə. Heydərov deyib ki, onun haqqında MTN-də heç bir əməliyyat məlumatı olmayıb: "Əgər mənim haqqımda əməliyyat məlumatı yoxdursa, məni ora necə çağırmışdılar?"

E. Quliyev isə onun haqqında əməliyyat məlumatı olduğunu bildirib.

Daha sonra zərərçəkmiş M. Mustafayev yenidən çıxış edib. Bildirib ki, onun evinə silah qoyublar: "Necə ləyaqətsiz hərəkətlər ediblər. Məni şərləyiblər. Bu, alçaqlıqdır".

E. Quliyev isə M. Mustafayevin evindən silah tapıldığını deyib. M. Mustayev ona "ay bədbəxt, mənim evimə silahı sentyabrın 11-də qoymusunuz. Ancaq silahın yararlı olması barədə Natəvan Mirvətovanın verdiyi rəy 10 sentyabrda qeydiyyatdan keçib".

Bundan sonra tərəflər bir-birini ittiham edib.

M. Mustayev deyib ki, Elçin Quliyev ifadəsində daxili telefonla Eldar Mahmudovun ona zəng edərək M. Mustafayevin evində silah olduğunu deyib: “Bir həftə sonra yenidən zəng edərək bacımın evində silah olduğunu deyib. Xahiş edirəm həmin əməliyyat məlumatının surəti məhkəməyə təqdim edilsin".

Hakim vəsatətə baxılacağını deyib.

Prosesdə zərərçəkmiş şəxslərdən Sahib Qurbanov da vəsatətlə çıxış edib. Bildirib ki, MTN-in Xəzər rayon icra şöbəsinin sabiq rəisi Rafiq Səfərov və əməliyyatçı Eldar Hacıyevin məhkəməyə çağırılmasını, ondan götürülmüş siqaretlərin kimə verilməsini aydınlaşdırmaq istəyir.

Hakim vəsatəti təmin edib.

Sonra iclas qapalı keçirilib. Prosesdə E. Quliyev tərəfindən dövlət vəsaitinin mənimsənilməsi epizodu araşdırılıb.

***

12:18

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Bir sıra sənədlər elan edilib.

Hazırda iclas davam edir.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR