İsraildə zəlzələ olub

İsraildə zəlzələ olub
# 04 iyul 2018 23:57 (UTC +04:00)

İsrailin şimalında 4,7 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yerli vaxtla saat 22:45-də qeydə alınan yeraltı təkanların episentri Tiberia şəhərindən 7 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR