Bakının Səbail Rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, yol qəzası Zərifə Əliyeva küçəsində baş verib.
1981-ci il təvəllüdlü Abdullayeva Aynur Barat qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.