Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 14 dinc sakin ölüb, 32-si yaralanıb

Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 14 dinc sakin ölüb, 32-si yaralanıb
# 24 oktyabr 2017 01:45 (UTC +04:00)

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərinə endirdiyi zərbə nəticəsində 14 dinc sakin ölüb, 32-si yaralanıb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Məlumata görə, hədəfdə Suriya ordusunun Əl-Kusur məhəlləsindəki mövqeləri olub.

Londonda yerləşən Suriyanın insan haqlarının qorunması monitorinq mərkəzi hava zərbələri nəticəsində azı 22 dinc sakinin öldüyü barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR