Stoltenberq: NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək

Stoltenberq: NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək
# 08 mart 2019 07:04 (UTC +04:00)

NATO baş katibi Yens Stoltenberq Rusiyanın orta və kiçik mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmadan çıxmasına münasibət bildirib.

ONA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq Varşavada Polşa, Çexiya və Macarıstanın NATO-ya qəbul edilməsinin 20 illiyi ilə bağlı keçirilən bayram tədbirində çıxışında deyib ki, Alyans Rusiyanın razılaşmaya əməl etməməsinə “birgə və balanslı” cavab verəcək.

NATO baş katibi Moskvanı razılaşmaya əməl etməyə çağırıb: “Ancaq biz orta və kiçik mənzilli raketlərin ləğvi ilə bağlı razılaşma olmadan da sülhə hazır olmalıyıq. Rusiyanın razılaşmadan çıxmasına baxmayaraq, NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR