“Aqrolizinq”in yeni sədri Xaçmazda fermerlərlə görüşüb

“Aqrolizinq”in yeni sədri Xaçmazda fermerlərlə görüşüb
# 14 may 2018 14:12 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizing” ASC-nin sədri Seymur Mövlayev Xaçmaz rayonunda fermerlərlə görüşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, görüş zamanı kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar bu istiqamətdə qarşılaşdıqları problemlər barədə məlumat verib. Bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan şəxsləri gübrələrin keyfiyyəti, texnikalarının ehtiyat hissələrinin Xaçmazda olmaması, texnikaların təmiri ilə bağlı kadr çatışmazlığı, kiçik həcmli texnikalara olan tələbatın ödənilməsi, o cümlədən torpağın və suyun tərkibinin araşdırılması ilə bağlı problemlər narahat edir.

S.Mövlanov sadalanan problemlərin həlli istiqamətində araşdırmalar aparıldıqdan sonra təkliflərin hazırlanacağını, bu barədə yerli məlumat veriləcəyini və bu kimi görüşlərin intensiv keçiriləcəyini vurğulayıb. O bildirib ki, son 2 gündə 23 rayonda fermerlərlə görüşlər keçirilib və proses bundan sonra da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR