Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub

Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
# 17 iyul 2015 18:04 (UTC +04:00)

APA-nın Moskva müxbirinin Rusiya XİN mətbuat-xidmətinə istinadən verdiyi xəbərə görə, nazirlər bəzi ikitərəfli və beynəlxalq mövzular, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Rusiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və bu ölkənin xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçirilib.

Görüşdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunub.

Sergey Lavrov görüşdə Dağlıq Qarabağ probleminin həlli üzrə səylərin intensivləşdirməyin vaxtı çatdığını qeyd edib.

“Biz ATƏT-in Minsk Qrupu çərçivəsindəki razılaşmalar çərçivəsində amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə işləyirik. Biz onlarla daimi əlaqədəyik və müntəzəm təmasdayıq”, - deyə S. Lavrov söyləyib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüş zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub. O, həmçinin görüşün ölkə prezidentlərinin xarici işlər nazirlərinin qarşısında qoyduğu tapşırıqları yerinə yetirmək üçün keçirildiyini vurğulayıb.

Azərbaycanlı nazir İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik edib: “Şübhəsiz bu, regional sülhün təhlükəsizliyin təmin olunmasına böyük töhfədir. Biz, regionda qonşu olan ölkələr - İran, Rusiya Azərbaycan bu danışıqların müsbət nəticələnməsinə çox şadıq”.

Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Elmar Məmmədyarov, İranın nüvə problemi kimi çətin olan bir problemin müsbət həllindən sonra Dağlı Qarabağ münaqişəsinin həlli istiqamətində də irəliləyiş olacağına ümid etdiyini vurğulayıb.

Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın XİN başçısı burada Rusiyanın həmsədr ölkə kimi rolunu xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR