Oğuzda istirahət mərkəzində yanğın olub

Oğuzda istirahət mərkəzində yanğın olub
# 27 fevral 2017 22:29 (UTC +04:00)

Oğuzda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Bayan kəndində vətəndaşa məxsus “Oğuz Eli” ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR