İsrail hərbçiləri Suriya ordusunun mövqelərini atəşə tutub

İsrail hərbçiləri Suriya ordusunun mövqelərini atəşə tutub
# 08 fevral 2017 22:22 (UTC +04:00)

İsrail hərbçiləri Suriya ordusunun mövqelərini atəşə tutub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl İsrailin nəzarətindəki Qolan yüksəkliyinə Suriya ərazisindən tank mərmisi düşüb. İsrail hərbçiləri Suriya ərazisindən atılan mərminin qəsdən və yaxud təsadüfən düşdüyü barədə açıqlama vermirlər.

Hadisə nəticəsində ölən və zərərçəkənlərin olması barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR