AİF sığortaçı seçir

AİF sığortaçı seçir
# 17 noyabr 2016 10:15 (UTC +04:00)

"Azərbaycan İpoteka Fondu" ASC əməkdaşlarının tibbi sığortalanması üzrə xidmət təkliflərinin cəlb edilməsi üzrə tender elan edib. Fonddan "APA-Economics"ə verilən məlumata görə, tenderdə iştirak haqqı 100 manatdır.


İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən xidmət təklifləri sorğusunu almaq mümkündür. Xidmət təklifləri Azərbaycan dilində tərtib edilməlidir.

Tender üzrə ilkin sənədlər 01.12.2016-cı il tarixinədək, təklif zərfləri isə 12.12.2016-cı il tarixinədək cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcək. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaq.

Zərflər 13.12.2016-cı il tarixində ASC-nin inzibati binasında açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR