Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib

Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib
# 17 oktyabr 2016 15:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda Ziya Bünyadov prospektinin bağlanması ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Z. Bünyadov prsopektinin bağlanması ilə əlaqədar metronun “20 Yanvar” və Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən bütün marşrut avtobuslarının hərkət trayektoriyasında dəyişiklik edilib. Səbəb sərnişinlərin tıxacda qalmasının qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, Bakıya yağan aramsız yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR