DÇ-2018-in seçmə mərhələsi: Azərbaycan - Çexiya - 1:2

DÇ-2018-in seçmə mərhələsi: Azərbaycan - Çexiya - 1:2
# 05 oktyabr 2017 20:09 (UTC +04:00)

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IX tura start verilib. Apasport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan Azərbaycan yığması öz meydanında Çexiya ilə üz-üzə gəlib.

Mundiala qatılmaq şansını itirən hər iki komandanın görüşü tərəflər üçün formal xarakter daşıyıb.

Matç qonaqların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk qolu 35-ci dəqiqədə Kopiç vurub. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissəyə fəal başlayan komandamız 10 dəqiqə sonra tarazlığı bərpa edə bilib. Sürətli əks hücum zamanı Ruslan Qurbanova qarşı kobudluğu matçın hakimi penalti kimi dəyərləndirib.

Əfran İsmayılov dəqiq oynayıb. Ancaq komandamızın sevinci uzun çəkməyib. 11 dəqiqə sonra Barak başla yenidən çexləri önə keçirib.

Oyunda başqa qol olmayıb və millimiz 3-cü dəfə üz-üzə gəldiyi Çexiyaya ilk dəfə uduzub.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

IX tur

5 oktyabr

Azərbaycan - Çexiya - 1:2

Qollar: Əfran İsmayılov, 55 (pen.) - Kopiç, 34, Barak, 66

Bakı Olimpiya Stadionu

1

Almaniya

8

8

0

0

35-2

24

2

Şimali İrlandiya

8

6

1

1

16-2

19

3

Çexiya

9

3

3

3

12-10

12

4

Azərbaycan

9

3

1

5

9-14

10

5

Norveç

8

2

1

5

8-16

7

6

San-Marino

8

0

0

8

2-38

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR