Xırdalanda kafedə yanğın olub

Xırdalanda kafedə yanğın olub
# 04 dekabr 2017 19:05 (UTC +04:00)

Xırdalanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunun Xırdalan şəhərində kafenin mətbəxində məişət texnikaları və lambirdən ibarət tavan 2 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR