Gəncə sakini döyülüb

Gəncə sakini döyülüb
# 15 noyabr 2016 05:54 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Samir İsmayılov bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. S. İsmayılov tanıdığı şəxs tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR