Gürcüstanın xarici borcu artıb

Gürcüstanın xarici borcu artıb
# 11 dekabr 2017 14:19 (UTC +04:00)

Cari ilin noyabrın 31-nə Gürcüstanın xarici dövlət borcu 61,66 mln. dollar artaraq 5 mlrd. 063 mln. dollar təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Maliyyə Nazirliyinə istinadla verdiyi xəbərə əsasən, borcun 5,020 mlrd. dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana olan borcu oktyabr ayı ilə müqayisədə dəyişməz qalaraq 8,995 mln. dollar təşkil edir.

Qonşu ölkənin ən çox Almaniya (292,7 mln. dollar), Yaponiya (210 mln. dollar) və Fransaya (138,7 mln. dollar) borcu var. Türkiyə, Rusiya və Ermənistana Gürcüstanın dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR