Nazir: Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Nazir: Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 21 avqust 2017 21:29 (UTC +04:00)

Rostov şəhərində tüğyan edən yanğınlarla əlaqədar Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov bəyan edib.

“Tərəfimdən Rostov vilayətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu federal səviyyəli fövqəladə vəziyyətdir”, deyə nazir bildirib.

Bundan əvvəl fövqəladə vəziyyət rejimi Rostov şəhərində tətbiq edilib.

Qeyd edək ki, bu gün Rostovun tarixi hissəsində güclü yanğın başlayıb. 10 min kvadrat metr ərazini əhatə edən yanğının hazırda lokallaşdırıldığı bildirilir. Güclü yanğın nəticəsində Rostovda yüzlərlə tikiliyə ziyan dəyib. Ambulator yardım üçün 45 nəfər tibbi müəssisələrə müraciət edib, 7 nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR