“Azərbaycanda COVİD xəstəxanalarında 10 mindən çox yatağımız var”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, dövlət tərəfindən kifayət qədər böyük işlər görülüb: “Bu gün hamımız bir olub peyvəndləməyə getməliyik. Normal həyata qısa müddətdə qayıtmaq üçün hamımız vaksinasiyadan keçməliyik”.
O, hamını sentyabrın 1-dən COVID pasportu əldə etməyə çağırıb.