Bu ilin I yarısında Azərbaycanda 106 minə yaxın daşınmaz əmlaka mülkiyyət hüququ verilib

Bu ilin I yarısında Azərbaycanda 106 minə yaxın daşınmaz əmlaka mülkiyyət hüququ verilib
# 14 iyul 2015 14:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında 106 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 65 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 49 minə yaxını onlayn üsulla həyata keçirilib.

Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində 69 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR