® Mələk investorlar kimdir?

<font color=red>® </font> Mələk investorlar kimdir?
# 29 dekabr 2016 08:30 (UTC +04:00)

Hər bir investisiyanın əsas məqsədi - yaxşı gəlir əldə etməkdir.

Hər kəsin fikrini bir fakta yönəltmək istərdim: hər bir sahədə yenilik edən şəxs hər kəsdən çox gəlir götürür. Düzdür, yeni layihə daha çox risk deməkdir. Lakin, yüksək riskə malik olan layihələrə ilkin mərhələdə investisiya etmək, yüksək gəlir qazanmağa yol açar.

Yeni innovativ ideyalar və qlobal bazara girmək potensialına malik olan layihələr ən çox gənc nəsildə yaranır. Yeganə çətinlik isə kifayət qədər vəsaitin olmamağıdır və bu səbəbdən çox layihə üzə çıxmır. Həmin layihələrə investisiya edən şəxslər var və onları mələk investorlar adlandırırlar.

Niyə məhz mələk investorlar?

Onlar bu adı yeganə bir səbəbə görə alıblar: onlar istisna olmaqla həmin riskli layihələrə investisiya edən digər investorlar yoxdur. Bunun üçün layihə rəhbəri potensial investora marketinq və maliyyə göstəricilərini daxil etməklə biznes plan təqdim etməlidir. Layihəyə maraq göstərdikdən sonra, investorun layihəni maliyyələşdirməsi mümkündür.

Statistikaya mələk investorlar təklif olunan 10 – 15 “Start-Up”ın arasında cəmi 1 və ya 2 potensial gəlirli layihəni seçir. Hesab olunur ki düzgün investisiyanın nəticəsi olaraq, investor illik 50-70 % gəlir əldə etmək imkanı əldə edir.

Başqa cür desək, mələk investorlar birbaşa şirkətə pul yatıran, 100 % riski üzərinə götürən və gəlirlilik zamanı ən çox gəlir qazanan fərdi investorlardır.

Dünyada mələk investorların ən uğurlu proyektləri arasında hər birimizin bildiyi “Apple” şirkətini nəzərinizə yetirmək istərdim. Belədi ki, investor layihənin başlama mərhələsində 91 min dollar yatırmaqla, 154 milyon dollar gəlir əldə edib. Digər nümunə olaraq “Amazon” şirkətinə inanan Tomas Alberqin 100 minlik investisiyası, 26 milyon dollarlıq gəlir kimi ona geri dönüb.

Beləliklə, mələk investorlar, digər investorların inanmadığı və ya inanmaq istəmədiyi yeni layihələrə yatırım edən pozitiv düşüncəli şəxslərdir.

Mələk investorların investisiya etdiyi layihədə rolu maliyyələşmə ilə məhdudlaşmır. Bir çox halda həmin investorlar gənc təsisçilərə ötürüləcək savad və praktikaya malik olurlar. Bu ikinci dərəcəli faktor olsa belə, layihənin inkişafında və gəlirlilik nəticələrində böyük rol oynayır.

Sadalaya biləcəyimiz bir çox halları nəzərə alsaq belə, bu gün üçün yeganə məqsədimiz ideyalara malik olan şəxsləri və həmin ideyaya inanan mələk investorları təyin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR