Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsinə cəza istəyib

Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsinə cəza istəyib
# 27 sentyabr 2017 10:06 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, E. Hüseynovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror digər təqsirləndirilən Aqilə Piriyevanın 2 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

İttihama görə, E. Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edərək, işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyərək, onlara yalandan vəd verib. O, Məmmədova Səmra Orxan qızının kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Hüseynova Qumru Orxan qızı, Əzizov Azan Mahir oğlu, Qaçayev Aydın Qaçay oğlu, Qəhrəmanov Elçin Rəşid oğlu, Cavani Mehdi Hicran oğlunun hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirərək, götürüb. Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR