Kanada Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edib

Kanada Rusiyaya qarşı əlavə iqtisadi sanksiyalar tətbiq edib
# 29 iyun 2015 21:13 (UTC +04:00)

APA-nın “Gazeta.ru”a istinadən verdiyi xəbərə görə, bunu Kanadanın baş naziri Stefan Harper deyib.

Məlumata görə, sanksiyaların tətbiq edildiyi hüquqi şəxslər arasında “Qazprom”, “Surqutneft”, “Transneft” və “Marshall Capital Fund” fondu var.

Sanksiya siyahısına həmçinin Avrasiya Gənclər İttifaqı, “Sirius” ASC, “Tula Silah İstehsalı Zavodu” ASC, “Birləşmiş Aviatikinti Korporasiyası” ASC, “Ximkompozit” şirkəti, “Oboronprom” müdafiə sənayesi kompleksi və digər iri şirkətlər daxil edilib.

Bundan əlavə Kanadadan Krım ərazisindən mal idxalı və ixracına da qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR