Almaniya Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün şərtini açıqlayıb

Almaniya Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması üçün şərtini açıqlayıb
# 09 oktyabr 2017 15:35 (UTC +04:00)

Almaniya Türkiyə ilə son dövrdə gərginləşən münasibətlərin yaxşılaşdırılmasının şərtini açıqlayıb.

APA-nın xəbərinə görə, Almaniya xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Türkiyədə siyasi səbəblər üzündən həbs edilən Almaniya vətəndaşları azad edildikdən sonra iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması barədə düşünmək olar.

“Növbəti aylarda münasibətlərin yaxşılaşdırılması mümkündür ya yox, bu, hələ sual altındadır. Amma yeganə şərtimiz vətəndaşlarımızın həbsdən azad olunmasıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyinin iddiasına əsasən 50 Almaniya vətəndaşı Türkiyədə həbsdədir. 12 nəfərin siyasi səbəblər üzündən həbs edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR