Azərbaycana avtomobil idxalı 7% artıb

Azərbaycana avtomobil idxalı 7% artıb
# 16 fevral 2017 13:01 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 469 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 32 ədəd avtomobil və ya 6,82% çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 3 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 420 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 41 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR