Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Bakıda piyadanı vurub qaçan sürücü tutulub
# 19 iyul 2018 10:46 (UTC +04:00)

Bakı şəhərində piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulub. Piyada xəstəxanaya müraciət etməyib.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR