Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yüksək vəzifəli məmurlarının toplantısı keçirilir

Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yüksək vəzifəli məmurlarının toplantısı keçirilir
# 08 sentyabr 2015 08:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V zirvə toplantısına hazırlıq çərçivəsində yüksək vəzifəli məmurların toplantısı başlayıb.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək toplantıda sentyabrın 10-da keçiriləcək Xarici İşlər Nazirləri Şurası və ardınca keçiriləcək Dövlət Başçıları Şurasına təqdim ediləcək sənədlər üzərində müzakirələr tamamlanacaq. Bununla yanaşı, zirvə toplantısının Bəyannamə layihəsi nəzərdən keçiriləcək, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondunun tamamlayıcı anlaşmalarının yekun halı nəzərdən keçiriləcək.

Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının V zirvə toplantısı sentyabrın 11-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR