Bakıda “Baku Sings Naples” adlı konsert keçiriləcək

Bakıda “Baku Sings Naples” adlı konsert keçiriləcək
# 10 sentyabr 2015 16:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Baku Sings Naples” adlı konsert keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə İtaliyanın ölkəmizdəki səfirliyindən bildirilib.

Sentyabrın 25-də Bakı Filarmoniya zalında keçiriləcək konsert İtaliyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və maestro Françesko Maggionun təşkilatçılığı ilə baş tutacaq. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrini idarə edəcək italiyalı dirijorun idarə edəcək konsertdə tenor Samir Cəfərov, soprano Tiziana Skandaletti və pianoçu Rikkardo Piacentini çıxış edəcəklər. Konsert zamanı klassik Neapol musiqiləri ifa olunacaq. Biletləri yaxın günlərdə səfirlikdən almaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR