Rusiyada mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər ölüb

Rusiyada mikroavtobusla minik avtomobili toqquşub, 9 nəfər ölüb
# 22 sentyabr 2017 23:43 (UTC +04:00)

Rusiyanın Kalininqrad vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qəza Kalininqrad-Qusev yolunda qeydə alınıb.

Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR