"Nikoil Bank"ın 11 saylı filialı yeni ünvana köçüb

"Nikoil Bank"ın 11 saylı filialı yeni ünvana köçüb
# 07 mart 2017 12:54 (UTC +04:00)

Cari ilin martın 7-dən etibarən "Nikoil Bank"ın 11 saylı filialı - Bakı şəhəri, Yasamal rayonu, 547-ci kvartal, İnşaatçılar prospekti 3 ünvanında yerləşən yeni, müasir və rahat ünvanda müştərilərinin xidmətində olacaq.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yeni filial müasir əməliyyat zalına malikdir və burada müştərilər yüksək səviyyəli bank xidmətlərinin bütün sahələri üzrə xidmət olunacaqlar. Yenilənmiş filialda həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s. kimi yüksək səviyyəli bank xidmətləri göstəriləcək.

"Nikoil Bank" Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR