BMT məruzəçiləri İran hakimiyyətinə çağırış ediblər

BMT məruzəçiləri İran hakimiyyətinə çağırış ediblər
# 05 yanvar 2018 16:18 (UTC +04:00)

BMT-nin xüsusi məruzəçiləri İran hakimiyyətini aksiyaçılara münasibətdə minimum gücdən istifadə etməyə, habelə aksiyaçıların hüquqlarını təmin etməyə çağırıblar.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatı BMT-nin İranda insan hüquqlarına dair vəziyyət üzrə Asma Cahangir, ifadə azadlığı hüququ üzrə xüsusi məruzəçi Devid Key, məhkəmədən kənar və kütləvi edamlar üzrə xüsusi məruzəçi Anyes Kallamar və hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Mişel Forst imzalayıb.

Birgə bəyanatda xüsusi məruzəçilər İran hakimiyyəti tərəfindən kütləvi aksiyalar zamanı insan hüquqlarının pozulmasından narahatlıqlarını ifadə edib. Eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin aksiyalara sərt reaksiya verməsi və məhkəmə orqanlarının aksiyaçıların ağır cəzalandırılacağı barədə hədələri yolverilməz sayılıb. BMT məruzəçiləri aksiyalar zamanı həbs edilən insanlarla bağlı da narahat olduqlarını vurğulayıblar, İran hakimiyyətini saxlananların hamısının adını açıqlamağa, onların hüquqi yardım almasını təmin etməyə və qohumları ilə görüşmələrinə şərait yaratmağa çağırıblar. Rəsmi Tehranı insan hüquqlarına riayət etməyə, fikir və toplaşma azadlığına hörmətlə yanaşmağa dəvət edən BMT məruzəçiləri İranda “Telegram” messencerinə və “Instagram” sosial şəbəkəsinə girişin bağlanmasını mənfi qarşılayıb, bunun əsas insan hüquqlarından birinin pozulması kimi dəyərləndiriblər.

Xatırladaq ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR