Poroşenko: “Donbasda 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair saziş avqustun 3-dək imzalanacaq”

Poroşenko: “Donbasda 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair saziş avqustun 3-dək imzalanacaq”
# 25 iyul 2015 20:27 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko STB kanalına müsahibəsində bildirib.

“Normand formatında keçirilən danışıqlar daim asan olmur. Lakin hazırkı mərhələdə biz atəşkəs rejiminin pozulmamasını mütləq təmin etməliyik. 100 mm kalibrdən az olan silahların cəbhə xəttindən çəkilməsinə dair saziş avqustun 3-dən gec olmayaraq imzalanmalıdır. Bu qəti qərardır. Sonrakı on gün ərzində isə sənədin icrası ilə bağlı tədbirlər görülməlidir”.

Xatıraladaq ki, iyulun 21-də “Normand dördlüyü”nün liderləri Pyotr Poroşenko, Vladimir Putin, Anqela Merkel və Fransua Olland telefon vasitəsilə Ukrayna üzrə Təmas qrupunun Minskdə baş tutan iclasının nəticələrini müzakirə ediblər .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR