NATO baş katibi: “Ukraynadakı münaqişənin genişmiqyaslı hərbi əməliyyatlara çevrilmə riski var”

NATO baş katibi: “Ukraynadakı münaqişənin genişmiqyaslı hərbi əməliyyatlara çevrilmə riski var”
# 25 iyun 2015 09:53 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq Ukrayna-NATO komissiyasının müdafiə nazirləri səviyyəsində keçirilən iclasında deyib.


“Atəşkəs pozulmaqda davam edir, bunun genişmiqyaslı hərbi əməliyyatlara çevrilmə riski var”, - deyə Y. Stoltenberq bildirib.

Stoltenberq qeyd edib ki, NATO hərbi islahatlar, müdafiə imkanlarının artırılması, kiber hücumlardan müdafiə sahəsində Ukraynaya dəstək verməkdə davam edəcək.

“NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir. Öz növbəsində Ukrayna islahatları tam yerinə yetirməlidir”, - deyə o vurğulayıb.

Baş katib həmçinin Ukraynanın hava müdafiəsi sahəsindəki uğurlarını xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR