İsrailin Misirdəki səfiri Qahirəyə qayıdıb

İsrailin Misirdəki səfiri Qahirəyə qayıdıb
# 29 avqust 2017 22:34 (UTC +04:00)

İsrailin Misirdəki səfiri David Quvrin və diplomatik nümayəndəliyin heyəti uzun müddətdən sonra 29 avqust tarixində Qahirəyə qayıdıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfir David Quvrin və nümayəndəliyin əməkdaşları təhlükəsizlik baxımından 2016-cı ilin dekabrında Qahirəni tərk edib. 2017-ci ilin fevralında onlara İsraili tərk etməmək göstərişi verilib.

Qeyd edək ki, ərəb ölkələrindən yalnız iki dövlətin – Misir və İordaniyanın İsraillə diplomatik münasibətləri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR