“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 25 sentyabr 2017 07:37 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

EUR/USD məzənnəsi 1.19 və 1.20$ aralığında ticarət edilməkdədir. Lakin məzənnə, yenidən 1.1837$-a kimi ucuzlaşarsa, əlavə olaraq 1.1724$ və 1.1621$-a kimi də ucuzlaşa bilər.

Eyni zamanda, cümə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya səviyyəsi də, investorlar tərəfindən böyük maraqla gözlənilir.

GBP

İngiltərə maliyyə bazarlarında da GBP/USD məzənnəsi 1.34 və 1.36$ aralığında ticarət ediləməkdədir. Təhlillərə görə, məzənnə cari həftə ərzində 1.3450$-a kimi ucuzlaşaraq, sözügedən səviyyənin altında qalarsa, 1.3283$-a kimi də ucuzlaşa bilər. İngiltərə ilə Avropa Birliyi arasında “BREKSİT” danışıqları da funt sterlinqin qiymətinə təzyiq edən amillər arasındadır.

TRY

Türkiyə valyuta bazarlarında isə USD/TRY məzənnəsi 3.50TL-nin altında ticarət edilir. Məzənnə gələcək günlər ərzində əlavə olaraq 3.4857TL-ə kimi ucuzlaşarsa, 3.4696 və 3.4483TL-ə kimi də dəyər itirə bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti bahalaşmaqda davam edir. Qiymət artıq proqnozlaşdırıldığı kimi 56.78$-a kimi dəyər qazanıb və qiymətin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, qiymət 56.63$-ın üzərində möhkəmlənərsə, gələcək günlər ərzində 57.43$-a kimi də dəyər qazana bilər.

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətləri ucuzlaşmaqda davam edir. Maliyyə bazarlarında yeni həftənin ilk günündə 1294$-a (41.5 $/qram) ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin, yenidən 1288$-a (41.3 $/qram) ucuzlaşaraq altında qalması şərtilə, 1281$ (41.1 $/qram) və 1273$-a (40.8 $/qram) kimi də dəyər itirəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_____________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR