“İnternetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirilib

“İnternetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirilib
# 23 noyabr 2016 14:41 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi( RYTN) Təhsil Nazirliyi ilə birgə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə “Internetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirin məqsədi internetdə uşaqların hüquqları, bu hüquqlardan istifadə zamanı internetdən təhlükəsiz istifadəni təbliğ etmək, uşaqların informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasıdır.

RYTN-nin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş tədbirə Sumqayıt, Gəncə (2 mərkəz), Mingəçevir, Lənkəran, Bərdə və Qazax şəhərlərindəki Təlim-Tədris Mərkəzləri də video-konfrans vasitəsilə qoşulub. Tədbirin keçirilməsinə Təhsil Nazirliyi dəstək verib. Dinləyici kimi həm Bakıda, həm də regionlardakı mərkəzlərdə orta ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri iştirak edib.

Tədbirdə nazirliyin və Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri çıxış edib, “İnternetdə uşaqların hüquqları” mövzusunda təqdimat keçirilib.

Tədbirin sonunda regionlar da daxil olmaqla uşaqları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR