"Unibank" yeni təhsil kreditini təqdim edib

"Unibank" yeni təhsil kreditini təqdim edib
# 28 avqust 2015 07:47 (UTC +04:00)

Bakı - APA-Economics. "Unibank"dan təhsilə daha bir dəstək. Bankın yeni təhsil krediti ilə sevimli universitetdə təhsil almaq arzunuz həyata keçəcək.

Nüfuzlu universitetə daxil olmusunuz, amma təhsil haqqı sizi narahat edirsə, "Unibank"ın yeni təhsil krediti sizə kömək edəcək.

İndi "Unibank" təqdim etdiyi sərfəli nağd kredit şərtləri sayəsində təhsil haqqını ödəmək daha da asan olub. Hər kəs "Unibank"dan sərfəli manat kreditləri əldə edərək yaxınlarının təhsil haqqını ödəyə bilər. Əlavə olaraq tələbənin və ya magistrin 1-ci dərəcəli qohumları (ata, ana, bacı, qardaş, həyat yoldaşı) təhsil haqqı kreditlərində illik faiz dərəcəsində 2% endirim əldə edə bilərlər.

"Unibank"da təhsil haqlarının həmçinin "Albalı plus" kartları ilə ödəniş kampaniyası da davam edir. Təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər Bunun üçün sadəcə, kart sahibi "Unibank"ın Mərkəzi ofis, “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

"Unibank" - hər kəsin bankı!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR