Ağdaşda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılışı olub - FOTOSESSİYA - VİDEO

Ağdaşda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın açılışı olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 31 iyul 2015 15:35 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, iyulun 31-dən avqustun 6-dək davam edəcək festivalda Koreyanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və adət-ənənələrindən bəhs edən 10 film nümayiş olunacaq.

Festival iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə gül qoyublar, xatirəsini ehtiramla yad ediblər. Sonra Rayon İcra Hakimiyyəti binasında təşkil olunan görüşdə qonaqlara Ağdaşın tarixi, əhalisi və iqtisadi potensialı barədə məlumat verilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, Koreyanın Azərbaycandakı səfiri Coi Suk İn və SEBA-nın prezidenti Ruhəngiz Heydərovaya xatirə hədiyyələri təqdim edilib.

Heydər Əliyev Mərkəzində keçirilən festivalın açılış mərasimində Azərbaycan və Koreya münasibətlərindən, xalqlarımız arasındakı oxşar cəhətlərdən ətraflı söz açılıb. SEBA-nın prezidenti R. Heydərova “Koreya Kinosu Festivalı”nın əhəmiyyətindən söz açıb. O, bu layihənin yüksək səviyyədə reallaşmasına görə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Koreyanın Azərbaycandakı səfiri Coi Suk İn çıxışında hər iki ölkənin milli mənəvi dəyərlərindən danışıb. Səfir son illər Azərbaycan və Koreya münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb, festival çərçivəsində nümayiş olunacaq filmlərin Azərbaycan tamaşaçılarında Koreya barədə daha dolğun təsəvvür yaradacağına inandığını diqqətə çatdırıb.

Məlumat verilib ki, festival çərçivəsində bu günədək Gəncə, Lənkəran və Sumqayıtda Koreya filmləri nümayiş etdirilib. Avqustun 7-dən 15-dək isə Qəbələ rayon sakinləri bu filmlərə baxmaq imkanı qazanacaqlar.

Sonra 116 dəqiqəlik “Nizamlı adam” filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR