AAK nümayəndələri Bakıda ahıllarla görüşüblər

AAK nümayəndələri Bakıda ahıllarla görüşüblər
# 23 mart 2018 16:30 (UTC +04:00)

Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndələri Bakının Bilgəh qəsəbəsində yerləşən Qocalar evini ziyarət ediblər.

AAK-dan APA-ya verilən xəbərə görə, təşkilatın Bakıya ezam olunmuş nümayəndələri - Təftiş Komissiyasının sədri, Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) prezidenti Vasif Muradlı və AAK-ın İdarə Heyətinin üzvü, FAA-nın vitse-prezidenti Arzu Oqtay ahıllarla görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib, hədiyyələr veriblər.

Görüşdə dövlətin ahıllara qayğısı, onlarla bağlı atılan addımlardan danışılıb. Bildirilib ki, bununla bağlı Heydər Əliyev Fondu tərəfindən də çoxsaylı sosial layihələr həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR