Rusiyanın Perm vilayətinin sakini öz ailə üzvlərini baltalayaraq öldürüb

Rusiyanın Perm vilayətinin sakini öz ailə üzvlərini baltalayaraq öldürüb
# 24 iyun 2015 12:29 (UTC +04:00)

Bakı – APA. Rusiya Federasiyasının Perm vilayətinin Uqleuralsk qəsəbəsinin sakini öz atasını, anasını, nənəsini və kiçik qardaşını baltalayıb. APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə iyunun 22-də baş verib.

1991-ci il təvəllüdlü şəxs əvvəlcə öz 17 yaşlı qardaşının başına balta ilə zərbə endirib. Sonra o, evə gələrək nənəsini və anasını öldürüb və öz avtomobili ilə yaxınlıqdakı Qubaxa şəhərində yaşayan dayısının evinə gedib. Gecəni dayısının evində keçirən qatil səhər evə qayıdaraq atasının işdən dönməsini gözləyib. Atası qayıtdıqdan sonra onu da öldürüb və evə od vuraraq aradan çıxıb.

Fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR