MSK nümayəndələri Gürcüstanda keçirilən seçkiləri müşahidə edirlər

MSK nümayəndələri Gürcüstanda keçirilən seçkiləri müşahidə edirlər
# 21 oktyabr 2017 09:22 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkiləri müşahidə edir.

APA-nın yerli bürosunun məlumatına əsasən, MSK-nın katibi Mikayıl Rəhimov və katiblik rəhbərinin müavini Həsən Kazımzadə Tbilisi şəhərində yerləşən üç seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

M.Rəhimov seçki prosesinin sakit şəraitdə keçdiyini deyib: “Səsvermə prosesi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər səsvermədə həvəslə iştirak edirlər”.

Onun sözlərinə görə, müşahidələrin nəticələri Gürcüstan MSK-da müzakirə olunacaq: “Axşam saat 23.00-da müşahidələrimizlə bağlı rəyimiz Gürcüstanın Mərkəzi Seçi Komissiyasına təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR