Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Dekabr
# 10 dekabr 2016 17:22 (UTC +04:00)

Gec, ya tez, Suriyanın xəritəsi yenidən çəkiləcək, hər kəs artıq neçə ildir yeni xəritədə öz maraqlarını təmin etməyə çalışır. ABŞ hədəfini çoxdan açıqlayıb, ən pis halda Suriyanın şimalında kürd dövlətinin yaradılmasında israr edir, İranın strateji planları daha genişdir - Suriyanın ərazi bütövlüyünü qorumaq və ölkəni de-fakto özündən asılı vəziyyətə salmaq. Rusiyanın planları ABŞ-ın maraqlarını heçə endirməkdir, bu səbəbdən Vaşinqtonun bölgədəki dayağı olan kürdlərlə əlaqələri paralel genişləndirir. Suriyada Səudiyyə Ərəbistanından Çinə qədər hər kəsin marağı var, hər kəs öz hədəfinə çatmaq üçün illərdir ardıcıl siyasət yürüdür. Suriyanın gələcəyi ilə bağlı ən səmimi tərəf bəlkə də Türkiyədir, amma prosesdən geridə qalan tərəf də Türkiyədir. 15 iyul hadisələri Türkiyənin Suriya siyasətinin uğursuzluğa düçar olmasında FETÖ-nün mühüm rol oynadığını ortaya çıxardı. 15 iyuldan sonra baş verən proseslər, xüsusilə "Fərat qalxanı" əməliyyatı Ankaranın bölgədəki statusunu dəyişib. Fərqli maraqları uzlaşdıra bilən Ankara həm sərhədlərinin təhlükəsizliyini təmin etməyə, həm də Suriyanın parçalanmasından qaynaqlanacaq təhdidləri aradan qaldırmağa cəhd edir. Əl-Bab əməliyyatının mahiyyəti də budur. Əməliyyat uğurla başa çatarsa, ardınca Münbiç və Afrin Türkiyə ordusunun nəzarətinə keçərsə, Suriyanın gələcəyinə dair danışıqlarda Ankaranın mövqeyi daha möhkəm olacaq.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR