“Qəbələ” iki futbolçu ilə yeni müqavilə bağlayır

“Qəbələ” iki futbolçu ilə yeni müqavilə bağlayır
# 19 dekabr 2016 08:43 (UTC +04:00)

Ölkə çempionatının ikinci dövrəsini II pillədə başa çatdıran “Qəbələ” klubu müqaviləsi yanvarda bitəcək futbolçularla danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, bunlar Dmitri Bezotosnı və Vojislav Stankoviçdi.

Baş məşqçi Roman Qriqorçuk hər iki oyunçunun bundan sonra da ona lazım olduğunu bildirərək, müqavilələrinin yenilənməsini istəyib. Rəhbərlik həm ukraynalı qapıçı, həm də serbiyalı müdafiəçi ilə dərhal danışıqlara start verərək, onlara əməkdaşlığı davam etdirmək təklifi edib. Həm Bezotosnı, həm də Stankoviçin 2-3 gün ərzində “qırmızı-qaralar”la yeni müqaviləyə qol çəkəcəyi bildirilir.

Qeyd edək ki, Bezotosnı cari mövsümdə ümumilikdə 29, Stankoviç isə 26 oyunda meydana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR