Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 09:25 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, sentyabrın 9-da Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Osmanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ürək nahiyəsindən bıçaqlanan S. Osmanov dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir. S. Osmanovun şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı tanışı, 1971-ci il təvəllüdlü Vüqar Əliyev tərəfindən bıçaqlandığı deyilir. Cinayəti törədən V. Əliyev saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

saat 22.10

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Osmanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. S. Osmanovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR