Azərbaycanlı iş adamı Gürcüstanda yol qəzasında ölüb

Azərbaycanlı iş adamı Gürcüstanda yol qəzasında ölüb
# 25 noyabr 2016 09:36 (UTC +04:00)

Azərbaycanlı iş adamı Gürcüstanda yol-nəqliyyat hadisəsində ölüb.

APA-nın məlumatına görə, hadisə Gürcüstanın Qori şəhərində qeydə alınıb. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Sabir Məmməd oğlu Şabanov idarə etdiyi “İsuzu” markalı avtomobillə qəza törədib. Nəticədə sürücü aldığı xəsarətdən ölüb. Avtomobilində olan sərnişin isə xəsarət alıb.

Qeyd edək ki, S. Şabanov iş adamıdır. O, Zaqatalada bizneslə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR